featured-image-50300

Ukraynanın “Şaxtyor” (Donetsk) komandasından ayrılan Aleksey Kaşuk yenidən Azərbaycana qayıda bilər.

Msport.az xarici mətbuata istinadən xəbər verir ki, 24 yaşlı hücumameyilli yarımmüdafiəçinin xidmətində sabiq klubu “Sabah” maraqlıdır.

İddiaya görə, Bakı təmsilçisi vingerlə müqavilə bağlamağa yaxındır.

Qeyd edək ki, Aleksey Kaşuk 2022-2023-cü illər mövsümündə icarə əsasında “Sabah”da çıxış edib.

Bənzər xəbərlər