featured-image-9663

“Mançester Yunayted”in sabiq futbolçusu Edison Kavani “Boka Xuniors”a keçməyə yaxındır.

Msport.az xəbər verir ki, bu barədə jurnalist Conatan Pinasko sosial şəbəkələrdə paylaşım edib.

Mənbənin sözlərinə görə tərəflər artıq bütün məsələlərdə razılıq əldə ediblər. Sabah bununla bağlı rəsmi açıqlama veriləcək.

Uruqvaylı hücumçu ötən mövsüm “Mançester Yunayted”in heyətində bütün turnirlərdə 19 oyun keçirib 2 qol vurub və 1 məhsuldar ötürmə verib.

Kavani əvəllər PSJ, “Napoli”, “Palermo” klublarında da çıxış edib.

 

 

 

Bənzər xəbərlər