“Kəpəz” azarkeşləri Tərlan Əhmədovu istefaya çağırır
Hazırda davam edən Azərbaycan Premyer Liqasının 21-ci turunun “Turan Tovuz” – “Kəpəz” oyununda gəncəli azarkeşlər Tərlan Əhmədovun istefasını tələb edirlər. Msport.az xəbər verir ki, hesab 2:0 meydan sahiblərinin xeyrinə olduqdan sonra qonaq komandanın fanatları “Kəpəz”in baş məşqçisi əleyhinə şüarlar səsləndiriblər.
Qonaqlar 0:2 hesabı ilə uduzmaqla bərabər qapıçı Orxan Sadıqlıya da qırmızı vərəqə gostərilib.







