"Kəpəz" Azər Məmmədovu ictimaiyyətə təqdim etdi
“Kəpəz” yeni baş məşqçisi Azər Məmmədovla rəsmi müqavilə bağlayıb.
Msport.az xəbər verir ki, 47 yaşlı mütəxəssis 1+1 sistemli müqaviləyə imza atıb.
Daha sonra Məmmədov ictimaiyyətə təqdim olunub. Təqdimat mərasimində klub rəhbərliyi, İdarə Heyətinin nümayəndələri və media əməkdaşları iştirak ediblər. (report.az)
Qeyd edək ki, A.Məmmədov “sarı-göylər”in sükanı arxasında Tərlan Əhmədovu əvəzləyib.







