featured-image-31091

“Kəpəz” çətin durumdadır. Msport.az xəbər verir ki, Gəncə klubunun əsas heyət üzvlərinin bir çoxu komandadan ayrılacaq.

Yusif və Fərid Nəbiyev qardaşlarını gələn mövsüm fərqli klublarda görəcəyik. Bundan başqa, legionerlərin əksəriyyəti yaxşı təkliflər alıblar və “Kəpəz”in onları saxlaması çətin görünür. Giorgi  Kantariya, Mate Kvirkviya və Ahmed Ayzaya gələn mövsüm böyük ehtimalla başqa komandada çıxış edəcək.

“Sarı-göylər” aparıcı futbolçuları ilə yola davam etmək istəsələr də, büdcənin azlığı buna imkan vermir. 11 qolla ötən mövsümün kəşflərindən olan Abdullahi Şuaybuya da maraq çoxdur. Amma 21 yaşlı forvardın hələ bir illik müqaviləsi var. Ona görə də nigeriyalı hücumçunu əldə etmək istəyən klub birinci növbədə “Kəpəz”i razı salmalıdır.

Bütün bunlarla yanaşı, Tərlan Əhmədovun da hələ məsələsi dəqiqləşməyib. O, “Kəpəz”i Premyer Liqada saxlasa da, 51 yaşlı mütəxəssisdən narazılıq çoxdur. Həm də mövsüm başa çatsa da, hələ də Əhmədova yeni müqavilə təklif olunmayıb.

AYXAN 

 

Bənzər xəbərlər