"Kəpəz"də baş məşqçi dəyişikliyi - Tərlan Əhmədovu kim əvəzlədi?
“Kəpəz” Tərlan Əhmədovla yollarını ayırıb.
Msport.az saytının məlumatına görə, baş məşqçi ilə başa çatan müqavilə yenilənməyib.
Artıq Əhmədovun Gəncə təmsilçisindəki əvəzləyicisi də məlumdur. “Sarı-göylər” Sabiq futbolçusu Azər Məmmədovla anlaşıb. 47 yaşlı mütəxəssis tezliklə 2 illik müqaviləyə imza atacaq.
Qeyd edək ki, Məmmədov son olaraq “Səbail”də Şahin Diniyevin köməkçisi olub.







