"Kəpəz"də bu gün iclas olacaq - Baş məşqçi istefaya göndərilə bilər
Bu gün “Kəpəz” klubunun İdarə Heyətinin iclası keçiriləcək. Msport.az klubun idman direktoru Mehman Allahverdiyevə istinadən xəbər verir ki, toplantıda komandanın çıxışı və baş məşqçi Tərlan Əhmədovun məsələsi müzakirə olunacaq.
Artıq Gəncə klubunun rəhbər şəxslərinin Əhmədova münasibəti birmənalı deyil. Xüsusən də komanda daxilində baş verən neqativ hadisələr, baş məşqçinin aşağı yaş qrupundan olan həmkarları ilə normal əlaqələrinin olmaması onların qərarına təsir göstərə bilər. Lakin əldə etdiyimiz məluma görə, Gəncə klubunun rəsmiləri Əhmədova “Şamaxı” ilə oyuna kimi vaxt vermək istəyirlər.
“Kəpəz” Azərbaycan Premyer Liqasının 23-cü turunda “Şamaxı”nı qəbul edəcək. Əgər meydan sahibləri qələbə qazana bilməsələr, baş məşqçi istefaya göndəriləcək.
AYXAN







