featured-image-50714
Transfer çalışmalarını davam etdirən “Kəpəz” tam adı Paulo Rojerio Veyqa dos Santos olan qapıçı ilə müqavilə bağlayıb.
Msport.az xəbər verir ki, 25 yaşlı “çərçivə” qoruyucusu ilə 1 illik müqavilə imzalanıb.
Portuqaliyalı qapıçının son klubu vətənində aşağı liqa təmsilçisi “Lenk Vilaverdense” olub.
Rojerio “Braqa” akademiyasının yetirməsidir. O, ölkəsinin aşağı yaş qrupları üzrə yığma komandalarının üzvü olub.

Bənzər xəbərlər