“Kəpəz” erməniləri dəstəkləyən qapıçının transferindən imtina etdi
“Kəpəz” etdiyi paylaşımla erməniləri dəstəkləyən qolkiperdən imtina edib.
Msport.az xəbər verir ki, Azərbaycana gəlməsi planlaşdırılan serbiyalı qapıçı Stefan Çupiçə ondan imtina olunması barədə məlumat verilib. Buna səbəb yerli tərəfdarların bu transferə etirazı olub.
Belə ki, o, Vətən müharibəsi zamanı öz sosial şəbəkə hesabından Ermənistana dəstək paylaşımları edib. Bundan başqa, qolkiper “Ararat Armenia”da forma geyinib.
“Kəpəz”in fanatları birmənalı olaraq belə bir oyunçunun transferinə qarşı çıxıblar. Klubun rəhbərliyi baş məşqçi Tərlan Əhmədova futbolçudan imtina etməkdən başqa yol olmadığını bildirib. (Futbolinfo.az)
Xatırladaq ki, “Kəpəz”in belə bir oyunçunu transfer etmək istəməsinə dair xəbəri ilk olaraq “Msport” yazmışdı.