featured-image-13135

Bu gün Azərbaycan Premyer Liqasının VII turu çərçivəsində “Şamaxı”nl qəbul edəcək “Kəpəz” oyuna ciddi itkilərlə çıxıacaq.

Msport.az xəbər verir ki, Gəncə klubunun qapıçısı Kamran İbrahimov Qəbələdə keçiriləcək görüşdə meydana çıxa bilməyəcək.

23 yaşlı qolkiper bir neçə gün öncə komandanın məşqində ağır zədələnib və beyin silkələnməsi keçirib. Mərkəzi Klinik Xəstəxanın Gəncə filialına aparılan futbolçu 2 gün reanimasiyada qalıb. İbrahimovu yalnız bu gün evə buraxıblar.

O, 3-4 gün sonra yedinən həkim müayinəsindən keçəcək və nə vaxt məşqlərə başlaya biləcəyi məlum olacaq.

İbrahimov bu mövsüm 6 oyunun hamısında Gəncə təmsilçisinin qapısını qoruyub.

Bənzər xəbərlər