featured-image-82636

“Kəpəz”in yarımmüdafiəçisi Viktor Stina Moldova millisinə dəvət alıb.

Msport.az xəbər verir ki, bununla bağlı Gəncə klubuna Moldova Futbol Federasiyasından rəsmi məktub daxil olub.

28 yaşlı futbolçu sentyabrın 20-də Azərbaycan Premyer Liqasının VI turunda “Sumqayıt”la keçiriləcək oyundan sonra yığmanın düşərgəsinə yollanacaq. O, UEFA Millətlər Liqasında forma geyinə bilər. Moldova adıçəkilən yarışın K qrupunda Slovakiya, Farer adaları və Qazaxıstan kollektivlərinə qarşı mübarizə aparacaq.

Qeyd edək ki, cari mövsüm “Kəpəz”in heyətində iki dəfə fərqlənən V.Stina Moldova yığmasında 30 oyun keçirib, 4 qol vurub.

Bənzər xəbərlər