featured-image-31125

Fərid Nəbiyevin “Kəpəz”dən ayrılmasının səbəbi bəlli olub.

Bu barədə Msport.az saytına 24 yaşlı yarımmüdafiəçi özü açıqlama verib.

O, problemin maliyyədən qaynaqlandığını bildirib: “Müqavilə şərtlərinə görə, “Kəpəz”də qala bilməzdim. Bunun üçün Çexiyanın “Viktoriya” (Jijkov) klubuna təzminat ödənilməli idi. Amma klub bunu etmədi”.

Nəbiyev deyib ki, “Kəpəz”dəki vəziyyət yaxşı olsaydı, bu komandada qalmaq istəyərdi.

Qeyd edək ki, Fərid Nəbiyev “Turan Tovuz”la 1 illik müqavilə imzalayıb.

Bənzər xəbərlər