Keyndən Çempionlar Liqasında nadir rekord
“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda Norveçin “Budyo-Qlimt” komandası ilə matçda (5:0) fərqlənməklə nadir rekordu təkrarlayıb.
Msport.az xəbər verir ki, ingiltərəli forvard turnirdə ardıcıl 8-ci matçda qol vurmağa müvəffəq olub.
UEFA Çempionlar Liqasında buna qədər ardıcıl 8 və daha çox oyunda yalnız Kriştiano Ronaldo, Robert Levandovski (hərəyə iki dəfə) və Rud van Nistelroy qol vurublar.







