featured-image-83350

“Bayern”in və Almaniya millisinin sabiq müdafiəçisi Lotar Matteus yığmanın hazırki və əvvəlki baş məşqçiləri Yurgen Kloppla Yulian Naqelsmanı müqayisə edib.

Msport.az xəbər verir ki, Alman futbolunun əfsanəsi Kloppa üstünlük verib:

“Millinin baş məşqçiləri arasında ən böyük fərq odur ki, Klopp insanları yaxına buraxır, Naqelsman isə onları özündən uzaqlaşdırır. Bu, xüsusən də millinin futbolçularına münasibətdə özünü göstərirdi. Klopp hər zaman öz oyunçularını müdafiə edir, o, onların etimadını qazanır. Naqelsman matçdan sonra futbolçularını tənqid etməklə onların güvənlərini itirdi.

Klopp öz mimikası ilə oynayır, gülümsünür və ya hərdən kədərli görünür. Bu insanlara məlum olan emosiyalardır. Naqelsman hər zaman suallara neytral reaksiya verirdi. Sanki ona bu o qədər də maraqlı deyildi”.

Bənzər xəbərlər