"Klub prezidenti heç vaxt işimə qarışmayıb" - "Sabah"ın sabiq baş məşqçisi
“Krasnodar”ın baş məşqçisi Murad Musayev klub prezidenti Sergey Qalitskinin onun işinə müdaxilə etməsi ilə bağlı iddialara münasibət bildirib.
Msport.az xəbər verir ki, rusiyalı mütəxəssis yayılan məlumatların həqiqəti əks etdirmədiyini söyləyib:
“Bu barədə 100 dəfə danışmışam, amma 101-ci dəfə təkrar edəcəyəm: bu onun klubudur və orada nə baş verdiyini bilmək istəyir. Sergey Nikolayeviç məşqçiyə hər cür kömək etməyə çalışır. Amma nə altı il əvvəl, nə də indi o, məşqçinin qərarlarına qarışmayıb. Nə heyət, nə taktika, nə də heç bir şeylə bağlı. Əgər oyunçular məşqçinin əsas olmadığını və başqalarının qərarlarını yerinə yetirdiyini görsələr, “bardak” və fəlakət olar. Və nəticə baxımından heç bir şey alınmayacaq. Düşünürəm ki, hamıya aydındır, amma nədənsə bu sual vaxtaşırı mənə verilir”.
Qeyd edək ki, Murad Musayev Azərbaycanda “Sabah” klubuna da başçılıq edib.