featured-image-49638

Konfrans Liqasında II təsnifat mərhələsinin püşkü atılıb.

Msport.az xəbər verir ki, tədbir İsveçrənin Nyon şəhərində baş tutub.

Mövsümə Konfrans Liqasında başlayacaq Azərbaycan təmsilçiləri “Sabah”la “Sumqayıt”ın da rəqibi bəlli olub. Həmçinin Avropa Liqasında oynayacaq “Zirə”nin də mümkün rəqibi bilinib.

Sumqayıtın eyniadlı klubu “Fehervar” (Macarıstan) ilə qarşılaşacaq. Samir Abasovun komandası ilk oyunu evdə keçirəcək.

“Sabah”ın rəqibi “Makkabi” (İsrail, Hayfa) olacaq. Krnoslav Renduliçin yetirmələri mövsümə səfərdə başlayacaqlar.

“Şerif” – “Zirə” cütündə uğursuzluğa düçar olub Konfrans Liqasına yuvarlanacaq komanda “Dunayska Ştreda” (Slovakiya) ilə görüşəcək. Təmsilçimiz bu turnirə düşsə, ilk oyunu evdə keçirəcək.

Qeyd edək ki, II təsnifat mərhələsi iyulun 25-də və avqustun 1-də baş tutacaq.

Bənzər xəbərlər