featured-image-47684

Türkiyənin “Kocaelispor” klubunun prezidenti Recep Durul Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevi tənqid edib.

Msport.az xəbər verir ki, funksioner komandasının “Bodrumspor”a 0:3 hesabı ilə uduzduğu son oyunda 27 yaşlı forvardın çatdırmadığını bildirib:

“Bu tur rəqiblər bizə işləsələr də, özümüz heç nə edə bilmədik. Rəqibi oxuya bilmədik. Bizdən daha istəkli idilər. Ramilin mərkəz hücumçusu kimi oynamağı bizi zəiflətdi. Lazımi qədər qol epizodu yarada bilmədik. Bu mənada Ramil çatdırmadı. Sanki iki nəfər azlıqda oynadıq. Ramilin yerində Skirtladze olmalı idi. Baş məşqçi bunu görüb, daha erkən müdaxilə etməliydi”.

Bənzər xəbərlər