Kökçünün komandası mövsümə heç-heçə ilə başladı
Bu gün Niderlandda 2023/2024 futbol mövsümünün birinci divizionunda 1-ci turun oyunları keçirilir.
Msport.az xəbər verir ki, Azərbaycan milli komandasının cinah yarımmüdafiəçisi Ozancan Kökçünün formasını geyindiyi “Eyndhoven” “Villem II” ilə qarşılaşıb. Matç 1:1 hesabı ilə yekunlaşıb.
Meydana start heyətində çıxan Kökçü 89-cu dəqiqədə əvəzlənib.