"Konyaspor"un Emrelidən beklentisi var"- Türkiyə mətbuatı millimizin üzvündən yazır
Konyada dərc olunan qəzetlər Mahir Emrelinin transferinə geniş yer ayırır. Msport.az xəbər verir ki, “Yeni haber” qəzeti “Konyaspor”un Emrelidən beklentisi var” yazısında millimizin üzvünün gələcək perespektivlərini araşdırılıb:
“Konyaspor”un Zaqreb “Dinamo”sundan icarəyə götürdüyü futbolçu klubun ən çox ümid bəslədiyi oyunçuların başında gəlir. “Yaşıl-ağlar” çempionata Muhammed Demir ilə başladı, lakin hücumçunun formadan düşməsi və zədə almasından sonra üstünlük Mame Diufa verildi. Diufun yaşı çox olsa da (35), o, 7 qol və 2 məhsuldar ötürmə ilə təkbaşına komandanı ayaqda saxladı. Diuf 4 oyun qol vura bilməyəndə “Konyaspor” xala həsrət qaldı. Hücum xəttinə gələn Mahir Emreli qol və asist üçün meydana çıxacaq.
Mərkəz hücumçusu kimi karyera quran Mahir 96 oyunda 49 qol vurdu və 16 məhsuldar ötürmə verdi. O, sağ cinah vingeri kimi də 2 asistlə yaddda qalıb. Sol cinahda isə 24 matçda 10 dəfə fərqləndi və 3 dəqiq ötürmə verdi. Emreli əsasən başla və sol ayaqla qollar vurur. Zaqreb “Dinamo”su ona 1,5 milyon transfer qiyməti qoyub. O, Türkiyəyə adaptasiya olsa, mövsümün sonunda transfer hüquqlarının alınması ilə bağlı danışıqlar aparılacaq.
Mahir Emreli ölkəsində “Qarabağ”dakı çıxışları ilə tanındı. 187 sm boyu olan forvard “Qarabağ”da 185 oyunda 67 qol və 24 asist edərək öz rekordunu yaxşılaşdırdı. 25 yaşlı futbolçu “Legiya”da 33 oyunda 11 dəfə fərqləndi və 2 məhsuldar ötürmə verdi. Azərbaycanlı oyunçu “Dinamo”da istədiyinə nail ola bilmədi. Xorvatiya klubunda 23 oyuna çıxan futbolçu 5 qol vursa da, avrokuboklarda şans əldə etmədi.
Onun adı bir müddət əvvəl Türkiyə Super Liqasının digər komandaları ilə hallandı. Mahir 2022-ci ildə “Legiya”nın şərəfini qoruyarkən Azərbaycan mətbuatı onun “Qalatasaray” və “Başakşehir”in transfer siyahısında olduğunu yazdı. Emrelinin adı ən son “Antalyaspor”la hallandı. Antalyanın yerli mətbuatında hücumçunun “qırmızı-ağ”larla anlaşmaq istədiyi yazılsa da, o, “Konyaspor”u seçdi.
AYXAN