featured-image-29621
“Konyaspor”un futbolçularının Türkiyə Super Liqasının XXXIII turunda “Kayserispor”a qarşı oyunu dəyərləndirilib.
Msport.az yerli mətbuata istinadən xəbər verir ki, qardaş ölkə mətbatı Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin qiymətini də açıqlayıb.
Maraqlıdı ki, 25 yaşlı forvard 2:2 hesabı ilə başa çatan qarşılaşmanın ən zəifi seçilib. O, cəmi 6 reytinq xalı alıb ki, bu da ən aşağı göstərici olub.
Emreli “Konyaspor”da olduğu müddətdə ən yüksək reytinqə “Adana Dəmirspor”la keçirilən oyunda layiq görülüb. O, komadasının 1:2 hesabı ilə uduzduğu matçda 1 qol vurub.
Qeyd edək ki, “Konyaspor”da icarə əsasında çıxış edən Mahir Emreli müqavilə ilə Zaqreb “Dinamo”suna məxsusdu.

Bənzər xəbərlər