featured-image-22856

Millimizin hücumçusu Mahir Emreli “Konyaspor”la müqavilə bağlamaq üçün Türkiyəyə yollanıb. Msport.az xəbər verir ki, artıq şəhrin yerli mətbuatında 24 yaşlı futbolçu haqqında müxtəlif yazılar dərc olunur.

Yenihaberden.com saytı “Konyaspor”un yeni transferi gönülləri kazandı” başlıqlı məqaləsində həmyerlimizin sosial şəbəkədəki son paylaşımlarına diqqət çəkib:

“Konyaspor”un yeni transferi Mahir Emreli imza atmadan tərəfdarların könlünü qazanmağı bacardı. 187 sm boya malik olan hücumçu Kahramanmaraşda baş verən zəlzələdən sonra dağıntılar altında qalan qızının əlini buraxmayan atanın şəkilini sosil mediada paylaşaraq, “Türkiyə” yazdı. Paylaşımdan sonra Türkiyədən bir çox şəxs yorumlarda təşəkkürlərini bildirdilər.

Bundan başqa, oyunçunun adı bu klubla hallandıqdan sonra onun digər paylaşımının altına “yaşıl-bəyaz”lı azarkeşlər “Konyaspor”a xoş gəldin mesajı yazdılar.

AYXAN 

Bənzər xəbərlər