featured-image-21551

Ukrayna millisinin sabiq futbolçusu Vladislav Kulaç Kiyev “Dinamo”sunu “Zirə”yə dəyişməsinin səbəbini açıqlayıb.

Msport.az xəbər verir ki, 30 yaşlı hücumçu “Futbol Time” yutub kanalına açıqlamasında bunu paytaxt təmsilçisinin baş məşqçisi Mirça Luçesku ilə əlaqələndirib.

Təcrübəli forvardın sözlərinə görə, futbolda belə hallar olur: “Bəzən kiməsə lazım olursan. bəzən yox. 1,5 il oynamadığım üçün “Dinamo”dan ayrılmağa qərar verdim. Təklifim var idi, düşünüb razılaşdım. Şadam ki, uşaqlarla, yaxşı komanda ilə tanış oldum. Amma futbol baxımından həqiqətən çətin idi”.

O, sözlərinə belə davam edib: “Hiss edirdim ki, bu komandanın mənə ehtiyacı yoxdur. Baş məşqçini nəzərdə tuturam. Zədələr olub, bu, doğrudur, gizlətmirəm. Amma özümə qarşı pis münasibət gördüm. Dəstək hiss etmədim. Belə olanda orada oynaya bilməyəcəyini başa düşürsən”.

Qeyd edək ki, “Zirə” Vladislav Kulaçla 1,5 illik müqavilə imzalayıb.

Bənzər xəbərlər