featured-image-42874

Azərbaycan Basketbol Liqasında XIII turun növbəti oyunu keçirilib.

Msport.az xəbər verir ki, “Sabah” yeni baş məşqçisi Rimas Kurtinaytisin rəhbərliyi altında ilk matçına çıxıb. “Tələbələr” “Sərhədçi” komandası ilə qarşılaşıblar.

“Sərhədçi” İdman Mərkəzində baş tutan görüş “Sabah”ın 96:71 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticədən sonra xallarını 24-ə çatdıran Kurtinaytisin komandası liderliyini möhkəmlədib. İkinci pillədə 22 xalla “NTD-İndiqo” qərarlaşıb.

Qeyd edək ki, açılış oyununda “Xırdalan” “Gəncə”ni 93:87 hesabı ilə məğlub edib. Tura fevralın 4-də yekun vurulacaq.

Bənzər xəbərlər