featured-image-4598

PSJ-nin və İtaliya millisinin qapıçısı Canluici Donnarumma “Real”dakı həmkarı Tibo Kurtua haqqında danışıb.

Msport.az xəbər verir ki, bu barədə jurnalist Canluka Di Martsio paylaşım edib. Donnarumma belçikalı qolkiperin Çempionlar Liqasının finalında “Liverpul”la qarşı oyundakı (1:0) çıxışı haqqında belə deyib:

“Finala baxdım, Tibo möhtəşəm oyun keçirdi. O, son saniyəyə qədər “Real”ın büdrəməsinə imkan vermədi. “Pari Sen Jermen” də finalda ola bilərdi, amma futbol belədir. İndi Kurtua Avropanın ən yaxşı qapıçısıdır”.

Xatırladaq ki, Kurtua ÇL-in finalında 9 seyv edib. Ümumilikdə, “Liverpul” həlledici görüşdə 23 zərbə endirib.

Bənzər xəbərlər