Kurtuaya ərəblərdən fantastik təklif
“Real”ın qapıçısı Tibo Kurtua karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Msport.az xəbər verir ki, Səudiyyə Ərəbistanının Pro Liqasında mübarizə aparan klublardan biri belçikalı qapıçıya ümumi məbləği 90 milyon avro olan 3 illik müqavilə təklif edib.
Bu da o deməkdir ki, qolkiper razılaşsa, illik 30 milyon avro maaş alacaq. Bildirilib ki, Kurtuanın “Real”dakı mövqeyi olduqca güclü olaraq qalır. O, bu mövsüm komandanın əsas qapıçısıdır və cəmi 2 oyunu buraxıb. Ümumilikdə, Kurtua cari mövsüm 23 oyunda iştirak edib, 20 qol buraxıb, 10 oyunda qapısını toxunulmaz saxlayıb.
Madrid klubu Kurtuanı layihənin fundamental hissəsi hesab edir. Məhz buna görə də “Real” qapıçının müqaviləsini 30 iyun 2027-ci ilə qədər uzadıb.







