"Kvarasxeliya özünü yaxşı tərəfdən göstərdi" - Luçano Spalleti
“Napoli”nin baş məşqçisi Luçano Spalleti komandanın yeni transferi Xviça Kvaratsxeliya haqqında müsbət fikirlər səsləndirib.
Msport.az “Tutto Mercato”ya istinadən xəbər verir ki, təcrübəli mütəxəssis “Malyorka” ilə yoxlama oyunundan sonra fikirlərini bildirib:
“Digər uşaqlar kimi Kvaratsxeliya da özünü yaxşı tərəfdən göstərdi. O, rəqibi meydanda məğlub etməyi bacarır. Bəzi epizodlarda onun bəxti gətirməsə də, özünü yaxşı tərəfdən göstərə bildi”.
Qeyd edək ki, “Napoli” “Malyorka” ilə bərabərə qalıb – 1:1. Kvaratsxeliya 71 dəqiqə meydanda olub.
Xviça millimizin sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğludur.