Kvaratsxeliya PSJ-ni tərk edəcək?
PSJ Xviça Kvaratsxeliyanı komandadan buraxmaq niyyətində deyil.
Msport.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira yazıb.
“Arsenal”ın Gürcüstan millisinin kapitanı ilə maraqlandığına dair xəbər yayılsa da, Paris klubu aparıcı futbolçularından biri əldən vermək istəmir.
Vinger PSJ-yə 2025-ci ilin yanvarında “Napoli”dən 80 milyon avroya transfer olmuşdu. Onun müqaviləsi 2029-cu ilin iyununa kimidir.
Xviça ildə 9 milyon avro maaş+2 milyon avro bonuslar alır.
O, cari mövsüm klub səviyyəsində 36 oyunda 11 qol vurub və 7 məhsuldar ötürmə verib.







