featured-image-56444

Bu gün İspaniya La Liqasında XI turun mərkəzi görüşü keçiriləcək.

Msport.az xəbər verir ki, “Real Madrid” öz meydanında əzəli rəqibi “Barselona”nı qəbul edəcək. “Santyaqo Bernabeu”da oynanılacaq mövsümün ilk “El-Klasiko”su Bakı vaxtı ilə saat 23:00-da start götürəcək

“Berselona” 10 turdan sonra topladığı 27 xalla turnir cədvəlinə başçılıq edir. “Real Madrid” isə 24 xalla 2-ci pillədə qərarlaşıb.

La Liqada son “El-Klasiko” aprelin 21-də keçirilib. Həmin görüşdə “kral klubu” 3:2 hesabı ilə qalib gəlmişdi.

Bənzər xəbərlər