“Liverpul” Aleksander-Arnoldu qaytarmaq istəyir
İngiltərəli futbolçu Trend Aleksander-Arnold yenidən “Liverpul”da çıxış edə bilər.
Msport.az xəbər verir ki, Mersisayd təmsilçisi hazırda “Real”a məxsus olan müdafiəçini geri qaytarmaq imkanını nəzərdən keçirir.
27 yaşlı oyunçunun taleyi Madrid komandasındakı durumundan asılı olacaq. O, cari mövsüm La Liqada 6 matçın yalnız ikisində start heyətində meydana çıxıb.
Qeyd edək ki, 2025-ci ilin yayında “Liverpul”u “Real”a dəyişən Trend Aleksander-Arnoldun müqaviləsinin müddəti 2031-ci ilin yayınadək qüvvədədir.







