“Liverpul”, “Bavariya” və “Real”ın mübarizəsi
“Liverpul”, “Bavariya” və “Real” PSV-nin və Avstriya millisinin yarımmüdafiəçisi Paul Vanneri transfer etmək niyyətindədir.
Msport.az xəbər verir ki, 20 yaşlı avstriyalı futbolçunun keçidi qış “transfer pəncərəsi”ndə gerçəkləşə bilər.
Vanner karyerasına “Bavariya”da başlayıb və icarə əsasında “Elfersberq” ilə “Haydenhaym”da çıxış etdiyi dövrlər nəzərə alınmamaqla, Münhen təmsilçisinin heyətində bütün turnirlərdə cəmi 8 matçda meydana çıxıb. Bununla belə, Almaniya nəhənginin futbolçunu geri almaq hüququ qalır. PSV isə onun satışından 50-55 milyon avro əldə etmək niyyətindədir.
Yarımmüdafiəçi 2025-ci ilin yayında daimi əsasda PSV-yə qoşulub və ötən bir il ərzində komandanın əsas heyət oyunçularından birinə çevrilərək Niderland çempionluğunu qazanıb. O, 2025/2026 mövsümündə keçirdiyi 32 matçda 5 qol vurub və 4 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Paul Vannerin PSV ilə müqaviləsinin müddəti 2030-cu il iyunun 30-dək nəzərdə tutulub. “Transfermarkt” portalı Avstriya millisinin üzvünün dəyərini 22 milyon avro qiymətləndir







