“Liverpul”da yeni idman direktoru
İngiltərənin “Liverpul” klubuna yeni idman direktoru təyin olunub.
Msport.az xəbər verir ki, bu post Culian Uorda tapşırılıb. O, artıq yeni iş yerində fəaliyyətə başlayıb.
Uord 2012-ci ildən Merssisayd klubunun strukturunda fəaliyyət göstərir.
O, “Liverpul”da müxtəlif vəzifələrdə işləyib.
Uord son olaraq “Mançester Siti” və Portuqaliya millisində işləyib.







