featured-image-76458

“Sportinq”in futbolçusu Luis Suares “Liverpul”a keçə bilər.

Msport.az xəbər verir ki, Mersisayd təmsilçisi 28 yaşlı kolumbiyalı hücumçu ilə yaxından maraqlanır.

Mövsümün sonunda Lissabon komandasından ayrılacağı gözlənilən forvard “Nyukasl”ın da diqqət mərkəzindədir.

Qeyd edək ki, Luis Suares 2025-ci ildən “Sportinq”də çıxış edir. O, cari mövsüm bütün yarışlarda 42 oyuna 33 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Hücumçunun hazırkı müqaviləsinin müddəti 2030-cu ilin yayınadək nəzərdə tutulub.

Bənzər xəbərlər