Lyoris Fransa futbolu tarixinə düşdü
“Los-Anceles”in qapıçısı Uqo Lyoris peşəkar səviyyədə 1000 oyun keçirib.
Msport.az xəbər verir ki, o, buna nail olan ilk fransız futbolçu olub.
39 yaşlı qapıçı “Los-Anceles Qalaksi”yə qarşı əlamətdar oyununu keçirib. MLS çempionatının matçı 2:2 hesabı ilə başa çatıb.
Lyoris Fransa milli komandasında 145 və əlavə 856 klub oyunu keçirib. O, ABŞ-yə köçməzdən əvvəl 2012-ci ildən 2023-cü ilə qədər “Nits”, “Lion” və “Tottenhem Hotspur” klublarında oynayıb.
Qeyd edək ki, qapıçı milli komanda ilə 2018-ci ilin Dünya çempionatını qazanıb.







