featured-image-56717

“Nürnberq” klubunda çıxış edən Mahir Emreli şəxsi instaqram hesabında paylaşım edib.

Msport.az xəbər verir ki, o, “Hoffenhaym”a ötən gün uduzduqları (1:2) Almaniya Kubokunun 1/16 final matçı barədə yazıb.

“Dünən baş verənlər haqqında çox danışa bilərik. Amma bu, bizi heç yerə aparmır. Final fitinədək hər şey verdik. Uğur qazanmaq üçün çox çalışacağıq. Mən komandamla fəxr edirəm. Fantastik dəstəyə görə azarkeşlərə təşəkkürlər”.

Qeyd edək ki, Mahir Emreli sözügedən matçda komandasının yeganə qoluna imza atıb.

Bənzər xəbərlər