Mahir Emreli “Beşiktaş”a qol vurdu - VİDEO
Türkiyə Superliqasının 38-ci turu çərçivəsində “Beşiktaş” “Konyaspor”u qəbul edir.
Msport.az xəbər verir ki, hazırda davam edən matçda “Konyaspor”un şərəfini qoruyan Azərbaycan millisinin hücumçusu Mahir Emreli fərqlənib. Emreli komandasının ikinci qolunu vurmağı bacarıb. O, 46-cı dəqiqədə meydana daxil olsa da, cəmi 1 dəqiqə sonra “qartallar”ın qapısına yol tapa bilib. Hazırda hesab 2:3 “Konyaspor”un xeyrinədir.







