featured-image-16184

Zaqreb “Dinamo”sunun hücumçusu Mahir Emreli Çempionlar Liqasının qrup mərhələsinin son turunda “Çelsi”yə qarşı oyunda forma geyinib.

Msport.az xəbər verir ki, millimizin üzvü 70-ci dəqiqədə  hesab 2:1 London klubunun xeyrinə olarkən Ristovskinin əvəzinə meydana daxil olub. Lakin 24 yaşlı futbolçu rəqib qapısına yol tapa bilməyib. Oyun “Çelsi”nin qələbəsi ilə yekunlaşıb – 2:1.

Mahir Emreli cari mövsüm Çempionlar Liqasının qrup mərhələsində debüt edib.

“Dinamo Zaqreb” bu məğlubiyyətdən sonra qrupda sonuncu yeri tutaraq avrokuboklarda mübarizəni dayandırıb.

media-mahir

Bənzər xəbərlər