Mahir Emreli kollektiv məşqlərə başladı
Azərbaycan millisinin və “Konyaspor”un futbolçusu Mahir Emreli zədəsini tam olaraq sağaldıb.
Msport.az xəbər verir ki, 26 yaşlı hücumçu bu gündən komanda ilə birlikdə məşqlərə başlayıb.
O, Superliqanın XXVII turunda “Ümraniyespor”a qarşı keçirəcəkləri oyunun hazırlığında iştirak edib.
Qeyd edək ki, Emreli “Qalatasaray”a 2:1 hesabı ilə qalib gəldikləri XXVI tur görüşündə zədələndiyi üçün Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində Avstriya və İsveçlə oynadığı qarşılaşmaları buraxıb.
“Umraniyespor” – “Konyaspor” oyunu aprelin 2-də keçiriləcək.
CAHİD