featured-image-31345

Mahir Emrelinin “Konyaspor”u tərk edəcəyi dəqiqləşib.

Msport.az xəbər verir ki, artıq yerli mətbuat da millimizin üzvünün Konya təmsilçisində qalmayacağından əmindir.

“Hakimiyet.com” saytının iddiasına görə, komandadan ayrılacağı gözlənilən futbolçulardan biri də 25 yaşlı hücumçudur. Onunla yanaşı, Konrad Mixalak, Andreas Buxalakis və Fransisko Kalvo da yeni mövsüm üçün heyətdə düşünülmür.

Qeyd edək ki, Mahir Emreli müqavilə ilə Xorvatiyanın “Dinamo” (Zaqreb) klubuna məxsusdur. O, ötən mövsümün ikinci yarısını icarə əsasında “Konyaspor”da keçirib.

Bənzər xəbərlər