featured-image-31252

Millimizin hücumçusu Mahir Emreli “Konyaspor”undan ayrılır. Msport.az xəbər verir ki, bu barədə 25 yaşlı futbolçu instaqram səhifəsində paylaşım edib.

Forvard “Hər şey üçün təşəkkürlər, “Konyaspor” yazıb.

Xatırladaq ki, Mahir Emreli müqavilə ilə məxsus olduğu Xorvatiyanın “Dinamo” (Zaqreb) klubuna qayıdacaq. Həmyerlimiz Türkiyə təmsilçisində icarə əsasında çıxış edirdi.  O, fevraldan şərəfini qoruduğu “Konyaspor”da 12 oyuna 2 qol vurub.

Bənzər xəbərlər