featured-image-23540

Milli komandamızın üzvü Mahir Emreli bu gün “Konyaspor”un heyətində debüt edir.

Msport.az xəbər verir ki, “yaşıl-ağlar” öz meydanında TFF 2 LİG təmsilçisi “Afyonspor”la yoxlama oyunu keçirir.

“Konyaspor”un baş məşqçisi Aleksandr Stanoyeviç 25 yaşlı hücumçuya start heyətində şans verib. Qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da başlayıb.

Qeyd edək ki, oyun qapalı keçir, stadiona mətbuat nümayəndələri və azarkeşlər buraxılmır.

AYXAN

Bənzər xəbərlər