featured-image-82629

Polşa çempionatında 3-cü turun təxirə salınmış oyunu keçirilib.

Msport.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Rakuv” doğma meydanda “Zaqlebye” komandasını qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 2:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Oyuna start heyətində başlayan Mahir Emreli sona qədər meydanda olub.

Qeyd edək ki, 8 oyundan 3 xalı olan “Rakov” hazırda 18 komanda arasında sonuncu yeri tutur.

Bənzər xəbərlər