featured-image-2257

Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunda çıxış edən Azərbaycan millisinin hücumçusu Mahir Emreli yenidən zədələnib.

Msport.az Xorvatiya mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı hücumçu “Qoritsa”ya 1:0 hesabı ilə qalib gəldikləri 32-ci tur oyununda çiynindən xəsarət alıb.

Emrelinin zədəsi ciddi olmasa da, bərpası üçün müəyyən dövrə ehtiyac var. Azərbaycanlı hücumçu artıq müalicəyə başlayıb.

Onun mayın 1-də baş tutacaq “Lokomotiva” ilə paytaxt derbisini buraxacağı ehtimal olunur.

Emreli “Dinamo”nun heyətində indiyədək 2 qol vurub.

Bənzər xəbərlər