Mahir Emrelinin yeni baş məşqçisi məlum oldu
Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi “Rakuv”a yeni baş məşqçi təyin olunub.
Msport.az xəbər verir ki, vakant post David Şulçekə tapşırılıb. O, dünən istefaya göndərilmiş David Kroçeki əvəzləyib.
D.Şulçek daha əvvəl komandada köməkçi məşqçi vəzifəsində çalışırdı.
Xatırladaq ki, “Rakuv” Polşa çempionatında keçirdiyi ilk 4 oyunun hamısında məğlub olub.







