featured-image-37393

Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi Zaqreb “Dinamo”su bu gün Konfrans Liqasının qrup mərhələsində ilk oyununa çıxıb.

Msport.az xəbər verir ki, Xorvatiya təmsilçisi C qrupunda Qazaxıstan “Astana”sını qəbul edib. Oyun Bakı “Dinamo”nun 5:1 hesablı qələbəsi ilə başa çatıb.

M.Emreli də bu oyunun iştirakçısı olub. O, meydana start heyətdə çıxıb və 65-ci dəqiqədə Luka Menalo ilə əvəzlənib.

Xatırladaq ki, “Dinamo” ilə “Astana” bu mövsüm Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində də qarşılaşıblar. Hətta cavab görüşündə Mahir Emreli baxımlı qola imza atıb. “Dinamo” 2 oyunun cəmində (4:0, 2:0) qalib gələrək 3-cü təsnifat mərhələsinə adlamışdı. Lakin Zaqreb klubu bu dəfə AEK səddini keçə bilməyib və Avropa Liqasının pley-off mərhələsində çıxış edib. Burada Praqa “Sparta”sına uduzan (3:1, 1:4) “Dinamo” Konfrans Liqasının qrup mərhələsinə vəsiqə əldə edib.

Bu qrupun digər matçında isə “Viktoriya” (Çexiya) “Balkani” (Kosovo) ilə üz-üzə gəlib və 1:0 hesablı qələbə qazanıb.

 

Bənzər xəbərlər