featured-image-14252

“Olimpiakos” təhlükəli komandadır. Son vaxtlar avrokuboklarda uğurlu çıxış etməsələr də, istənilən rəqibə qarşı yaxşı mübarizə apara bilirlər. Bu mənada “Qarabağ”ın işinin çətin olacağını düşünürəm”.

Bunu Msport.az saytına açıqlamasında “Neftçi”nin sabiq futbolçusu Mamadu Kane evdə “Qarabağ”a qarşı keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunu barədə danışarkən deyib.

Hazırda müqavilə ilə Pirey təmsilçisinə məxsus olan, lakin icarə əsasında “Pafos” klubunda çıxış edən qvineyalı yarımmüdafiəçi Ağdam təmsilçisinin də Afinaya uduzmağa gəlmədiyini bildirib: “Neftçi”nin heyətində bu komandaya qarşı oynamışam. Çox keyfiyyətli və sürətli hücum xəttinə malikdir. Fikrimcə, “Olimpiakos” ən çox bu amilə diqqət etməlidir. Əks halda “Qarabağ”ı saxlamaq asan olmayacaq. Bununla belə, mən meydan sahiblərinin qalib gələcəyinə inanıram. İstənilən halda maraqlı və gərgin oyun olacaq”.

Mamadu Kane 2019 – 2021-ci illərdə “Neftçi”nin formasını geyinib. Afina təmsilçisi 2021-ci ilin yayında yarımmüdafiəçini 300 min avroya alıb. “Olimpiakos”la 4 illik müqavilə imzalayan Kane 2021/2022 mövsümünün ilk yarısında icarə əsəsında “ağ-qaralar”da oynayıb. Afrikalı futbolçu 2020/2021 mövsümündə “Neftçi” ilə ölkə çempionu olub.

Qeyd edək ki, oktyabrın 6-da “Georgios Karaiskakis” stadionunda keçiriləcək “Olimpiakos” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bənzər xəbərlər