featured-image-4035

İngiltərə Premyer Liqasında 2021/2022 mövsümününə yekun vurulub.

Msport.az xəbər verir ki, son turda  “Mançester Siti” “Aston Villa”ya 0:2 uduzduğu oyunda geridönüş edərək 3:2 qalib gəlib.

“Liverpul” isə “Vulverhempton”la matçda hesabda geri düşsə də, 3 qol vuraraq qələbə qazanıb – 3:1.

Beləliklə, Qvardiolanın komandası 93 xalla çempionatı 1-ci yerdə başa vurub. “Liverpul” 1 xal geri qalaraq gümüş medal qazanıb.

74 xal toplayan “Çelsi” 3-cü, 71 xal yığan “Tottenhem” isə 4-cü olub. “Mançester Siti”, “Liverpul”, “Çelsi” və “Tottenhem” gələn mövsüm Çempionlar Liqasında mübarizə aparacaq.

22 may

19:00. “Mançester Siti” – “Aston Villa” – 3:2

Qollar: Kaş, 37 (0:1), Koutinyo, 69 (0:2), Gündoğan, 76 (1:2), Rodri, 78 (2:2), Gündoğan, 81 (3:2)

19:00. “Liverpul” – “Vulverhempton” – 3:1

Qollar: Neto, 3 (0:1), Mane, 24 (1:1), Salah, 84 (2:1), Robertson, 89 (3:1)

Bənzər xəbərlər