“Mançester Siti”nin aparıcı futbolçusu millidən uzaq qaldı
“Mançester Siti”nin vingeri Antuan Semenyo səhhətində yaranan problem səbəbindən Qana millisinin qarşıdakı oyunlarında iştirak etməyəcək.
Msport.az xəbər verir ki, 26 yaşlı futbolçu topuq nahiyəsində yaranan ödəm səbəbindən sıradan çıxıb.
Bu üzdən Semenyo 2027-ci il Afrika Millətlər kubokunun seçmə mərhələsində Qana millisinin yaxın oyunlarında komandasına kömək edə bilməyəcək.
Semenyo cari mövsümdə bütün turnirlər nəzərə alınmaqla 7 matçda meydana çıxıb, 2 qol vurub və 3 məhsuldar ötürmə verib. Vinger bütün oyunlara start heyətində başlayıb və yalnız bir matçda əvəzlənib.







