featured-image-17210

Almaniyanın “Bayern” klubunun və Seneqal millisinin hücumçusu Sadio Mane Qətərdə keçiriləcək dünya çempionatında oynamayacaq.

Msport.az xəbər verir ki, bu barədə Seneqal yığmasının mətbuat xidməti məlumat yayıb.

Futbolçunun Bundesliqada “Verder”lə matçda (6:1) aldığı zədə sağalmayıb. Münhen klubu da rəsmi saytında futbolçunun əməliyyat olunduğunu açıqlayıb.

DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq. Seneqal yığması Niderland, Qətər və Ekvadorla birlikdə A qrupunda mübarizə aparacaq.

Bənzər xəbərlər