featured-image-855

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa çempionatı davam edir. 

Msport.az xəbər verir ki, Azərbaycanın qadın güləşçisi Elis Manolova yarımfinal görüşünə çıxıb.

65 kq çəki dərəcəsində mübarizə aparan idmançı finala gedən yolda rumıniyalı Krista İntse ilə qarşılaşıb.

2:1 hesabı ilə qalib gələn Manolova finala vəsiqə qazanıb. O, qızıl medal uğurunda görüşdə  ukraynalı Tatyana Rıjko ilə üz-üzə gələcək.

Türkan Nəsirova (50 kq) bürünc uğurunda görüşdə Anna Lukasyaka (Polşa) 4:6 hesabı ilə uduzaraq  medalsız qalıb.

59 kq-da çəki dərəcəsində çıxış edən Alyona Kolesnik isə 3-cü yer uğrunda qarşılaşmada almaniyalı Elene Hayke Brugger ilə bacarmayıb – 0:9.

 

Bənzər xəbərlər