featured-image-49028

Cari mövsüm Azərbaycan Premyer Liqasının və ölkə kubokunun qalibi olan “Qarabağ”ın futbolçusu Marko Yankoviç şəxsi instaqram hesabında paylaşım edib.

Msport.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi heyrətamiz mövsüm keçirdiklərini bildirib:

“Heyrətamiz mövsüm keçirdik. Bu, klubumuzun tarixinin bir hissəsi kimi əbədi olaraq qalacaq. Bir çox unudulmaz anlar var. Lakin bunlar artıq keçmişdə qaldı. Növbədi addımlar haqqında düşünməliyik. Ona görə daha böyük nailiyyətlər əldə etməyi səbirsizliklə gözləyirik. Bu uzun marafonda iştirak edən hər kəsə, klubdakı bütün insanlara, komanda yoldaşlarıma, ailələrimizə və azarkeşlərimizə təşəkkür edirəm”.

Qeyd edək ki, cari mövsüm UEFA Avropa Liqasında 1/8 final mərhələsinədək irəliləyən “Qarabağ” bu raundda Almaniyanın “Bayer 04” klubuna uduzub – 2:2, 2:3.

Bənzər xəbərlər